Close

Livan sakinlərinə təhdid mesajları göndərilir

Livan sakinlərinə anonim təhdid mesajları göndərilir.

TNS xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Skrinşotları sosial şəbəkələrdə yayılan belə mesajlardan birində deyilir: “Biz görürük ki, Nəsrullahı dəstəkləyirsən, ona görə də səni cəhənnəmdə onunla görüş gözləyir”.

Mediada sakinlərin öldürüləcəyi ilə bağlı onlarla belə mesaj dərc olunub.

Ərəbcə yazılmış bu mesajların arxasında kimin dayandığı hələlik bəlli deyil.

Livan telekanallarından biri onların İsrail proqramı vasitəsilə göndərildiyini irəli sürüb.

Rabitə Nazirliyinin məlumatına görə, şübhəli mesajlar yerli rabitə operatoru vasitəsilə daxil olub.