Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

Metroda doğulan körpəyə ömürlük pulsuz nəqliyyat kartı verildi

Belçikanın paytaxtı Brüsseldə metroda dünyaya gələn körpəyə ictimai nəqliyyat şirkəti STIB tərəfindən ömürlük pulsuz abunəlik verilib.

TNS xəbər verir ki, bu barədə STİB-nin sosial media hesabında məlumat yayılıb.

Məlumata görə, sentyabrın 15-də Brüsselin Molenbeek rayonundakı Beekant metrosunda bir ana uşaq dünyaya gətirib. Doğuş metro səfərində başlayıb və körpə STİB əməkdaşlarının köməkliyi ilə sağlam doğulub.

"Bu, heç vaxt unuda bilməyəcəyimiz bir andır və doğum hədiyyəsi olaraq STİB-in yeni kiçik ulduzu ömür boyu pulsuz abunəlik alacaq",-şirkətin açıqlamasında bildirilib.