Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

“Hizbullah”ın hər bir üzvü legitim hədəfdir

İsrail Livanın “Hizbullah” şiə hərəkatı ilə qarşıdurmanın yeni səviyyəsinə keçib, artıq keçmiş qırmızı xətlər yoxdur.

TNS xəbər verir ki, bu açıqlama ilə İsrail baş nazirinin müşaviri Dmitri Gendelman çıxış edib.

“Müharibənin məqsədləri çərçivəsində şimal sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtmasını daxil etməklə, İsrail qarşıdurmanın yeni səviyyəsinə keçib. Sərhədlərimizin şimalında “Hizbullah” və ya hər hansı digər düşmən qüvvələrin hər bir terrorçusu legitim hədəfdir”,- müşavir bildirib.

“”Hizbullah” liderləri nədənsə başa düşmürlər ki, onlar İsrailə davamlı hücum etməməli, teatral verilişlərində və paradlarda bizi təhdid etməməlidirlər”, - Gendelman əlavə etdi.