Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

Müslüm Maqomayev Fondu zərərçəkənlərə ödəniş edəcək

Müslüm Maqomayev adına Mədəni və Musiqili İrs Fondu Moskva yaxınlığındakı Krasnoqorskdakı “Crocus City Hall”da törədilən terror aktı qurbanlarına yardım üçün vəsaitin toplanması və bölüşdürülməsi proqramını başa çatdırıb.

TNS xəbər verir ki, bu barədə “Crocus Group”un saytında məlumat verilib.

Bildirilib ki, ödənişlər sentyabrın 23-dən başlayacaq.

Fonda ümumilikdə 140,2 milyon rubl  toplanıb. İlk növbədə, valideynlərindən biri və ya hər ikisini itirən uşaqlara, mərhumun təqaüddə olan valideynlərinə, ağır əlilliyi olan şəxslərə, əlavə tibbi yardıma və reabilitasiyaya ehtiyacı olan insanlara yardım göstəriləcək.