Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

Avtobus dərəyə aşdı: 4 hərbçi öldü, 28-i yaralandı

Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələrinin dörd əməkdaşı onları daşıyan avtobusun dərəyə aşması nəticəsində həlak olub.

TNS xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində avtobusda olan daha 28 nəfər yaralanıb.

Qəzanın baş vermə səbəbi açıqlanmayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.