Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

ABŞ qoşunlarını İraqdan nə vaxt çıxaracağını açıqlayacaq

Birləşmiş Ştatlar gələn həftə Amerika qoşunlarını İraqdan çıxarmaq planlarını açıqlamağı planlaşdırır.

TNS xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən “Politico” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Amerika qoşunlarının çıxarılması planı üzrə razılaşma son mərhələdədir.

“Bununla bağlı qərar Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ və İraq nümayəndələrinin görüşündən sonra elan edilə bilər”,- Politico qeyd edib.

 Bildirilib ki, İraq rəhbərliyi 2026-cı ilin sonuna kimi 2,5 min amerikalı hərbçinin ölkəni tərk edəcəyini gözləyir.

Bundan əvvəl İraqın baş naziri Məhəmməd əl-Sudani “Bloomberg” agentliyinə müsahibəsində Amerika hərbçilərinin ölkədə qalmasına artıq ehtiyac olmadığını və onların geri çəkilmə qrafikinin tezliklə açıqlanacağını deyib.