Close

Niderlandda ŞOK! - Küçədən keçən insanları bıçaqladı

Niderlandın Rotterdam şəhərində naməlum şəxs küçədə insanlara hücum edərək onlara bıçaq xəsarətləri yetirib.

TNS yerli mediaya istinadən xəbər verir ki, nəticədə bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Bildirilib ki, hadisəni törədən şəxsdə iki böyük bıçaq olub və insanlara ardıcıl zərbələr endirib.

Belə ki, həmin vaxt yaxınlıqdan keçən Reniel Litetsiya adlı fitnes-məşqçi polisin gəlişinə qədər hücumçunu zərərsizləşdirməsəydi, qurbanların sayı daha çox ola bilərdi.