Close

19:01
20 Sentyabr 2024

Latviya bu sahədə də rus dilinin istifadəsini qadağan etdi

Latviya bankomatlarda rus dilindən istifadəni qadağan edib.

TNS “Delfi” portalına istinadən xəbər verir ki, Latviya Seymi (birpalatalı parlament) yekun oxunuşda kredit təşkilatları haqqında qanuna ölkənin bankomatlarında rus dilindən istifadəni qadağan edən dəyişiklikləri qəbul edib.

Portalın məlumatına görə, indi ölkənin kredit təşkilatlarının təqdim etdiyi bankomatlarda latış dili quraşdırılmalıdır. Həmçinin cihazlarda Aİ və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin, eləcə də assosiasiyalara üzv olmağa namizəd dövlətlərin rəsmi dilləri quraşdırıla bilər.

Bildirilir ki, düzəlişlərin məqsədi bütün Latviya ərazisində sakinlər üçün nağd pulun olmasını təmin etməkdir.

Qeyd edək ki, Rusiya bunu Avropada açıq şəkildə rusofobiyanın çiçəklənməsi kimi qəbul edir. Rusiya nümayəndə heyətinin üzvü İlya Barmin BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 56-cı sessiyasında çıxış edərək Latviya, Litva və Estoniya kimi ölkələrin polis dövlətlərinə çevrildiyini, orada əhalinin əhəmiyyətli hissəsinin rus dilində danışması, işləməsi, təhsil almasının qadağan edildiyini deyib.