Close

23:50
19 Sentyabr 2024

Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Livanla sərhəddə vəziyyətin gərginləşməsi səbəbindən İsrailə səfərini təxirə salıb.

TNS xəbər verir ki, bu barədə "Axios" portalı İsrail mənbələrinə istinadən məlumat yayıb.

Pentaqon rəhbərinin səfəri sentyabrın 22-23-nə planlaşdırılıb.