Close

23:50
19 Sentyabr 2024

Bir əsrlik tarixə malik mühəndislik brendi satışa çıxarılıb

Varşavada yerləşən “Ursus” bir vaxtlar tanınmış marka idi və bütün dünyada tədarük edilən əfsanəvi traktorlar istehsal edirdi. Lakin 2021-ci ildə şirkət iflas etdi və onun məhsulları artıq müştərilər üçün əlçatan deyil.

TNS gazeta.ru-ya istinadən xəbər verir ki, 1893-cü ildə qurulan “Ursus” satışa çıxarılıb.

Əfsanəvi Polşa traktor istehsalçısının başlanğıc qiyməti çox yüksək görünür.

Oktyabrın 23-də keçiriləcək hərrac 74 milyon zlotidən (təxminən 17,3 milyon avro) başlayacaq.