Close

23:50
19 Sentyabr 2024

Ağ Ev Bayden-Zelenski görüşünün təfərrüatlarını açıqlayıb

ABŞ Prezidenti Co Bayden Volodimir Zelenskini sentyabrın 26-da Vaşinqtonda qəbul edəcək və prezidentliyə namizəd Kamala Harrisin Ukrayna lideri ilə ayrıca görüşü planlaşdırılıb.

TNS xəbər verir ki, bu barədə RİA Novosti Ağ Evin mətbuat xidmətinə istinadən bildirib.

Qeyd olunub ki, tərəflər Moskva və Kiyev arasındakı münaqişəni, həmçinin Ukraynanın strateji planlaşdırılması və ABŞ-nin dəstəyini müzakirə edəcəklər.

Mətbuat xidmətinin məlumatına görə, Bayden və Harris Ukraynanı dəstəkləmək üçün qalıcı öhdəliklərini vurğulamaq niyyətindədirlər.

Qeyd edək ki, bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, Zelenski sentyabrın sonunda ABŞ-yə səfəri zamanı Ukraynanın NATO və Aİ-yə üzvlüyünə, habelə Ukrayna Silahlı Qüvvələrinə müasir silahların verilməsinə nail olmaq niyyətindədir.