Close

23:50
19 Sentyabr 2024

“ABŞ üçün BMT lazımsız yükdür”

ABŞ BMT Təhlükəsizlik Şurasını və beynəlxalq diplomatiyanı lazımsız yük kimi qəbul edir.

TNS TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

O bildirib ki, Təhlükəsizlik Şurasının üzvləri Qəzza zolağında atəşkəslə bağlı qərara nail olmalıdırlar.

"Biz HƏMAS-a deyil, hələ də Şuranı və ümumilikdə çoxtərəfli diplomatiyanı lazımsız yük kimi qəbul edən amerikalı həmkarlarımıza təzyiq göstərməliyik", - Nebenzya qeyd edib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsraildən Fələstin ərazisini tərk etməyi tələb edən qətnamə qəbul edib.