Close

23:50
19 Sentyabr 2024

İlon Mask Kadırova verdiyi hədiyyəni bloklayıb

Çeçenistan rəhbəri Ramzan Kadırov amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın xüsusi hərbi əməliyyat zonasına göndərilən "Cybertruck" elektrik pikapını söndürməsindən şikayətlənib.

TNS xəbər verir ki, o, bu barədə “Telegram” kanalında bildirib.

“İlon Mask çirkin bir şey etdi. O, ürəkdən bahalı hədiyyələr verir, sonra isə onları uzaqdan söndürür”, - Kadırov qeyd edib.

“Bu kişilikdən deyil. Mən dəmir atı dartmalı oldum. Belə edilərmi, İlon? ” – Çeçenistan rəhbəri deyib.

Xatırladaq ki, Kadırov daha əvvəl İlon Maskın ona “Cybertruck” pikap avtomobili hədiyyə etdiyini elan edib və elektrik avtomobilinə ağır pulemyot quraşdırıb.

Çeçenistan rəhbəri milyarderə minnətdarlıq edərək onu zəmanəmizin ən güclü dahisi və mütəxəssisi adlandırıb.

Mask isə öz növbəsində Kadırova "Cybertruck" vermədiyini bildirib.