Close

23:50
19 Sentyabr 2024

"Paşinyanın KTMT təhlükəsi ilə bağlı sözləri sağlam düşüncəyə ziddir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı son bəyanatlarına münasibət bildirib.

TNS xəbər verir ki, Zaxarova Paşinyanın KTMT-nin Ermənistanın suverenliyə təhlükə olması ilə bağlı bəyanatlarını sağlam düşüncəyə zidd adlandırıb.

Qeyd edək ki, Paşinyan Ümumdünya Erməni Forumunda çıxışında ölkəsinin KTMT-də fəaliyyətini dondurduğunu, bu təşkilatın ölkəsinin suverenliyinə təhlükə olduğunu söyləyib.