Close

23:50
19 Sentyabr 2024

Hizbullah lideri: "İsrailin törətdiyi peycer partlayışları müharibə səbəbidir"

Hizbullah lideri Həsən Nəsrullah Livanda rabitə qurğularının partlaması ilə bağlı müraciət edib.

TNS xəbər verir ki, Hizbullahın Baş katibi Həsən Nəsrullah bu gün günortadan sonra çıxış edərək Livanda dünən və srağagün onlarla əməliyyatçının öldürüldüyü və minlərlə adamın yaralandığını bildirib.

Həsən Nəsrullah bunu terror aktı kimi qiymətləndirib və İsraili ittiham edib.

Hizbullah lideri peycer partlayışlarına görə qisas alacaqlarını vəd etsə də, tələsməyəcəklərini vurğulayıb.

O, İsrailin bununla bütün qırmızı xətləri keçdiyini qeyd edib və əlavə edib ki, bu, müharibə səbəbidir.