Close

23:50
19 Sentyabr 2024

İsrail ordusu Həsən Nəsrullahın müraciəti ərəfəsində Hizbullah hədəflərinə zərbə endirməyə başlayıb

İsrail ordusu Livanın cənubunda Hizbullah hədəflərinə zərbə endirməyə başlayıb.

TNS “Ynet”ə istinadən xəbər verir ki, bu, “Hizbullah” lideri Həsən Nəsrullahın Livanda rabitə qurğularının partlaması ilə bağlı müraciətindən bir müddət əvvəl baş verib.

Ordunun şimal bölgəsi ilə bağlı döyüş planlarının təsdiq olunduğu da qeyd olunub.