Aİ Ukraynaya 160 milyon avro ayıracaq
8
14:14 - 19 Sentyabr 2024
Avropa İttifaqı (Aİ) Ukraynanın enerji infrastrukturu üçün 160 milyon avro ayıracaq.
TNS xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
O qeyd edib ki, məbləğin böyük hissəsi, yəni 100 milyon avro Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdir.
Bundan əlavə, Avropa Komissiyasının bu yaxınlarda verdiyi bəyanatda qeyd olunub ki, müharibə başlayandan bəri Aİ Ukraynanın enerji infrastrukturu üçün 2 milyard avro ayırıb.
Əlaqəli xəbərlər
22:10
19 Sentyabr 2024