Close

20:50
19 Sentyabr 2024
20:30
19 Sentyabr 2024

Husilər İlon Maskı hədələdi

Yəmənin üsyançı “Ənsar Allah” (Husilər) hərəkatı Starlink peyk rabitə xidmətinin ölkədə işə salınmasını təhlükəsizliyə təhdid adlandırıb və ondan istifadəyə qarşı çıxacağına söz verib.

TNS xəbər verir ki, müvafiq bəyanat üsyançıların nəzarətində olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında dərc olunub.

Husilər hesab edirlər ki, İlon Maskın Starlink şirkəti tərəfindən Yəmən əhalisinə internet xidmətlərinin göstərilməsi respublikanın suverenliyinin pozulmasıdır və onun təhlükəsizliyini təhdid edir.

Üsyançılar ölkənin suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcəklərini bildiriblər.

Qeyd edək ki, sentyabrın 18-də İlon  Mask” X” sosial şəbəkəsində Yəməndə Starlink xidmətinin istifadəyə verildiyini yazıb. Starlink internet saytındakı məlumatlara görə, respublika Yaxın Şərqdə rəsmi olaraq peyk rabitəsi xidmətləri göstərən ilk ölkə olub. Yəmənin dövlət telekommunikasiya şirkəti hökumətin nəzarətində olan əyalətlərdə təqdim olunacaq Starlink xidmətlərinin rəsmi distribyutoru olub.