Close

20:50
19 Sentyabr 2024
20:30
19 Sentyabr 2024

Makron yeni baş nazirin namizədlərini rədd etdi

Makron yeni baş nazir Mişel Barnierin təklif etdiyi nazirlərin siyahısını rədd edib.

TNS xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.

İddia olunur ki, baş nazir müvafiq siyahını sentyabrın 17-də Yelisey sarayında olarkən təqdim edib. Prezidentin nümayəndələri nazir vəzifələrinə təklif edilən namizədlər siyahısını “bir rəngli” hesab ediblər, xüsusilə onların arasında Barnierin özünün də mənsub olduğu Respublikaçılar partiyasının nümayəndələrinin çoxluğuna diqqət çəkiblər.

Nəşrin yazdığına görə, baş nazir bütün nazir postlarının üçdə birinə , o cümlədən Daxili İşlər, Ədliyyə və İqtisadiyyat nazirliklərinin rəhbərləri kimi mühüm vəzifələri Respublikaçılara ayırmağı planlaşdırıb.

Yelisey sarayındakı mənbələr iddia edir ki, Makron gələcək hökumətə tam nəzarət etmək istəmir, əksinə, bir partiyadan olan nazirlərin üstünlüyündən qaçmağa çalışır və siyasi qüvvələr arasında tarazlığa imkan verəcək “milli birlik” kabineti yaratmağa ümid edir.

“Bundan əlavə, yeni baş nazirlə prezident arasında fikir ayrılığının digər səbəbi hökumət başçısının ölkə iqtisadiyyatındakı çətin vəziyyətlə əlaqədar mümkün vergi artımı ilə bağlı planları olub”,- “Le Monde” qeyd edib.

Qeyd edək ki, Fransa prezidenti sentyabrın 5-də 73 yaşlı Mişel Barnyeni baş nazir təyin edib.