Close

20:50
19 Sentyabr 2024

Rusiyada qeyri-qanuni yaşayan miqrantlar: azərbaycanlılar ilk beşlikdədir...

Hazırda Rusiyada 6 milyon 174 min xarici vətəndaş var. Rusiyada yaşayan vətəndaşlarının sayına görə ilk onluğa düşən ölkələr Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistandır.
 

TNS-in məlumatına görə, bunu Rusiya daxili işlər nazirinin birinci müavini, Nazirliyin miqrasiya siyasətinə nəzarət edən polis general-polkovniki Aleksandr Qorovoy “Kommersant”a müsahibəsində deyib.

O bildirib ki, Rusiyada əcnəbilərin sayı hər gün hesablanır. "Biz əcnəbi vətəndaşların ölkədə qalma müddətlərinə riayət etmələrinə nəzarət etmək üçün onların gediş-gəlişi və daxil olmaları barədə məlumat toplayır, emal edir və praktiki fəaliyyətdə gecə-gündüz istifadə edirik. Bu saya ölkəmizdə yaşama məqsədindən və müddətindən asılı olmayaraq bütün kateqoriyadan olan əcnəbilər, o cümlədən qanunsuz olaraq burada olanlar daxildir", - nazir müavini qeyd edib. 

Qorovoyun sözlərinə görə, Rusiyada qeyri-qanuni yaşayan əcnəbilər arasında ən çox Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşları var. Ümumilikdə 739 min nəfər əcnəbi Rusiyada qanunsuz yaşayır, bu da ölkədəki əcnəblərin ümumi sayının 9%-idir. O vurğulayıb ki, son dörd-beş il ərzində bu rəqəm 30%-dən çox olub və Rusiyada qeyri-qanuni yaşayanların sayı azalıb.

Nazir müavini deyir ki, Beynəlxalq Miqrasiya Təşkilatının 2022-ci il üzrə hesabatına əsasən, Rusiya Federasiyası əcnəbilərin sayına görə dünyada  ABŞ, Almaniya və Səudiyyə Ərəbistanından sonra dördüncü yerdədir. 

Qorovoy əlavə edib ki, son səkkiz ayda 20 296 xarici vətəndaş 26 422 cinayət törədib. Xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayı 5% azalıb.

1726733831_miqrasiya