Close

20:50
19 Sentyabr 2024
20:30
19 Sentyabr 2024

İran yəhudi iş adamını əməkdaşlığa cəlb etdi- Bu şəxslər öldürülməli idi

İran Netanyahu və Qalantı öldürmək üçün yəhudi iş adamını əməkdaşlığa cəlb edib.

TNS xəbər verir ki, bu barədə İsrail mediasında məlumat yayılıb.

Məlumata görə, uzun müddət Türkiyədə yaşayan və İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən israilli iş adamı ölkənin təhlükəsizliyinə qarşı ağır cinayətlərdə ittiham olunub.

İttihama görə, həmin şəxs İran sərhədini iki dəfə qeyri-qanuni keçib, İsraildə terror aktı törətmək, baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant, Şin Betin rəhbəri Ronen Bar və sabiq baş nazir Naftali Bennett də daxil olmaqla bir sıra vəzifəli şəxslərə qarşı sui-qəsd cəhdlərinin planlaşdırılmasına kömək etmək üçün razılaşıb. İsrailli hər hansı bir hərəkət etməzdən əvvəl bir milyon dollar avans tələb edib.

Şübhəli 2024-cü ilin avqustunda Şin Bet və İsrail polisi tərəfindən həbs olunsa da, bu barədə KİV-də bu gün məlumat yayılıb.