Close

20:50
19 Sentyabr 2024
20:30
19 Sentyabr 2024

Zelenski ABŞ-a gedir - “Qələbə planı”nı təqdim edəcək

ABŞ-ın vitse-prezidenti Kamala Harris gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

TNS xəbər verir ki, “Bloomberg”in məlumatına görə,  onların arasında söhbətin Vaşinqtonda baş tutacağı gözlənilir.

Zelenski ABŞ-a səfəri zamanı həm hazırkı ABŞ lideri Co Baydenə, həm də prezidentliyə namizədlər - demokrat Kamala Harris və respublikaçı Donald Trampa Ukraynanın qələbəsi planını təqdim etmək niyyətindədir.

“Zelenski bu ayın sonunda BMT Baş Assambleyasında gözlənilən görüşdə Baydenə öz planını təqdim etməlidir. O, həmçinin planı Harris və Trampla da bölüşmək istəyir”, – “Bloomberg” nəşri bildirib.

Ukrayna prezidentinin ABŞ-a səfərinin zamanı ölkənin NATO və Avropa İttifaqına üzvlüyü üçün təkan verəcəyi gözlənilir.

Bundan əlavə, “Bloomberg” yazır ki, Zelenski ABŞ-a səfəri zamanı çox güman ki, iqtisadi və təhlükəsizlik sazişləri bağlayacaq və Ukraynanın qələbə planının bir hissəsi olaraq daha təkmil silahların tədarükü ilə bağlı suallar qaldıracaq.