Close

İran Livandandakı rabitə qurğularının partlayışlarını terror aktı adlandırıb

Livandakı rabitə qurğularının partlaması İsrailin bölgədə gərginliyi artırmaq məqsədi daşıyan terror hücumudur.

TNS xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin dünya təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi məktubda deyilir.

“İran İslam Respublikası İsrailin bu təxribat və terror aktını qətiyyətlə pisləyir”, - məlumatda deyilir.