Close

İran Rusiya ilə mühüm siyasi müqavilə imzalayacaq

İran oktyabr ayında Kazanda keçiriləcək BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq.

TNS gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin rəsmi hüquqi informasiya portalında dərc olunan sərəncamında deyilir.

Belə ki, Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin İranla strateji tərəfdaşlıq sazişi imzalamaq təklifini qəbul edib.

Sənəddə belə bir sazişin imzalanmasının “məqsədəuyğun olacağı” deyilir, lakin onun nə vaxt imzalanacağı göstərilmir.

Qeyd edək ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkian Rusiya-İran münasibətlərinin daimi və davamlı şəkildə inkişaf edəcəyini bildirib.