Close

Tayvan və Macarıstan Livanda partlayan qurğuların istehsalını inkar edib

Tayvan və Macarıstan Livanın müxtəlif yerlərində partlayan qurğuların istehsalını inkar edib.

TNS xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb.

“Tayvanlı “Gold Apollo” şirkəti cihazların istehsalını inkar edib və Budapeştdəki tərəfdaşı “BAC Consulting” işarə edib”, - telekanal qeyd edib.

Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaçın sözlərinə görə, sözügedən qurğular Macarıstanda heç vaxt mövcud olmayıb.

O qeyd edib ki, Budapeşt partlayışların araşdırılmasında bütün müvafiq beynəlxalq tərəfdaş qurum və təşkilatlarla əməkdaşlıq edir.