Close

İranın sabiq prezidentinin ölümündən öncə peycerlə görüntüsü yayıldı

İran mətbuatı helikopter qəzasında dünyasını dəyişən ölkənin sabiq prezidenti İbrahim Rəisinin peycerlə çəkilən görüntüsünü paylaşıb.

Bu barədə TNS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

İran mediası iddia edir ki, bu görüntü 2022-ci ilə və Pakistan xarici işlər naziri ilə görüşə aiddir.

Xatırladaq ki, dünən bütün Livan ərazisi boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Partlayışda İranın Livandakı səfiri də yaralanıb.