Close

Quterreş Lavrovla görüşməyə hazırdır

BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda Baş Assambleyanın 79-cu sessiyası çərçivəsində yüksək səviyyəli həftə ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyə hazır olduğunu açıqlayıb.

TNS xəbər verir ki, bu barədə Quterreş TASS agentliyinə bildirib.

“Belə bir müraciət olarsa, görüşməyə hazıram”, - BMT-nin Baş katibi vurğulayıb.