Close

Ermənistanda "Qara Pantera” hərbi təşkilatının rəhbəri saxlanılıb

Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən yeddi nəfər barəsində cinayət təqibi başlanıb. Onlardan üçü artıq həbs edilib.

TNS yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Digərləri axtarışa verilib.

Bildirilib ki, aktiv əməliyyat tədbirləri zamanı 30-a yaxın axtarış aparılıb, istintaq nəticəsində 7 vətəndaşın hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplanıb.

Qrupun bəzi üzvləri Rostov-na-Dondakı “Arbat” bazasında təlim keçiblər.

Həbs edilənlər arasında “Qara Pantera” hərbi təşkilatının rəhbəri Serob Qasparyan da var.