Close

Onların səsyazıları internetdən silindi

Belarus prokurorluğu faşist Almaniyasının lideri Adolf Hitler və İtaliya Milli Faşist Partiyasının rəhbəri Benito Mussolininin çıxışlarının səsyazılarının ölkədəki Yandex Music musiqi xidmətində bloklanmasını tələb edib.

TNS xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Nasizmin reabilitasiyası və ekstremizmə qarşı mübarizənin qarşısını almaq üçün Qomel vilayətinin prokuroru “Yandexbel” MMC-yə təqdimat göndərib və orada faşist liderlərinin çıxışlarının səsyazılarının və yuxarıda qeyd olunan musiqi əsərlərinin silinməsini tələb edib”, - məlumatda deyilir.

Prokurorluqdan bildirilib ki, musiqi xidməti 2022-ci ildə Belarusda ekstremist qruplar siyahısına daxil edilmiş “Tor Band” qrupunun bəstələrini də aşkarlayıb.

“Yandex Music”in mətbuat xidmətinin RBC-yə açıqlamasında qeyd olunub ki, səsyazıları hələ iyul ayında silinib və hazırda onlar əlçatan deyil.