Close

Özbəkistanda qaz yatağında qəza olub, ölənlər var

Özbəkistanın Baysun rayonundakı “Müstəqilliyin 25 ili” yatağında texniki qəza baş verib, iki nəfər ölüb.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi nazirinin müavini Jusipbek Kazbekov bildirib.

Onun sözlərinə görə, bu, bəzi yerli KİV-lərin yazdığı kimi, hidrogen sulfid sızması deyil, texniki istehsalla bağlı hadisədir.

“Biz yeddi müxtəlif növ qazı ölçürük, lakin normativlərin aşılması halları olmayıb”, - nazir müavini bildirib.