Close

Bu şəxslər cinayət məsuliyyətindən azad edilir

Rusiyada cinayət işi məhkəmə baxışında olduğu halda hərbi xidmətə çağırılan və bu və ya digər cinayətləri törətdikdən sonra təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunanlar məsuliyyətdən azad ediləcək.

TNS-in "RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə qanunu Dövlət Duması ilk oxunuşda qəbul edib.

Rusiyanın qanunverici orqanı, həmçinin bu qəbildən olanların Silahlı Qüvvələrdə xidmət üçün müqavilə imzalamasına icazə verən qanunu da birinci oxunuşda təsdiqləyib.

Hər iki sənəddə bu hüququn veriləcəyi məhkumların əhatə dairəsi də müəyyənləşdirilib.