Close

11:53
19 Sentyabr 2024
11:21
19 Sentyabr 2024

Şoyqu gözlənilmədən İrana getdi - VİDEO

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana gözlənilməz səfər edib.

TNS xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Telekanalın yayımladığı videoda Şoyqunun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüş keçirməsi əks olunub.

İRİB-in məlumatına görə, Şoyqu İran Prezidenti Məsud Pezeşkianla da görüşüb.

Qeyd edək ki, ötən gün İran lideri Məsud Pezeşkian açıqlamışdı ki, İran hökuməti Rusiya ilə əməkdaşlıq edir, onu raketlərlə təmin etmir.