Close

11:53
19 Sentyabr 2024
11:21
19 Sentyabr 2024

Nigeriyada ağır yol qəzasında 40 nəfər ölüb

Nigeriyada avtobus qəzasında 15-i uşaq olmaqla 40 nəfər həlak olub.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

“15 uşaq yerindəcə ölüb, qalan 48 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sonradan 10 nəfər aldığı xəsarətlərdən, daha bir neçə zərərçəkən isə xəstəxanada dünyasını dəyişib. Nəticədə ölənlərin sayı 40 nəfərə çatıb”, – nəşr yazıb.

Qeyd olunub ki, Kaduna ştatında 63 uşağı daşıyan avtobus digər nəqliyyat vasitəsi ilə toqquşub.