Close

20:50
19 Sentyabr 2024
20:30
19 Sentyabr 2024

Xocalı qatillərinə yeni cinayət təqibi başlandı

Ermənistan Prokurorluğu ölkənin sabiq prezidenti Robert Koçaryana, sabiq müdafiə naziri Seyran Ohanyana və digərlərinə qarşı yeni cinayət təqibinə başlayıb.

TNS xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, sentyabrın 12-də Kassasiya Məhkəməsinin Korrupsiyaya Qarşı Mübarizə Palatası təqsirləndirilən Robert Koçaryan, Seyran Ohanyan və başqaları ilə bağlı İrəvan Şəhər Məhkəməsinin qərarını ləğv edib.

Kassasiya Məhkəməsi bəyan edib ki, hazırkı şəraitdə birinci instansiya məhkəməsinin Robert Koçaryan, Seyran Ohanyan, Armen Gevorkyan və Yuri Xaçaturov barəsində başlanmış cinayət təqibinə xitam verilməsi barədə qərar qanunsuzdur.

Konstitusiya Məhkəməsi prokurora təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət vermək səlahiyyəti verib.