Close

08:53
19 Sentyabr 2024
22:00
18 Sentyabr 2024

Putin Koçaryana zəng etdi

Bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Koçaryanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TNS xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, Rusiya rəhbəri Ermənistanın keçmiş prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib. Telefon danışığının detalları barədə məlumat verilmir.

Bəzi nəşrlər telefon zənginin indiki mərhələdə xüsusi əhəmiyyət daşıdığını qeyd edir:

“Hər halda, telefon danışığı faktının özü indiki vəziyyətdə nəzəri xüsusilə cəlb edir. Görünən odur ki, Rusiya Ermənistana diqqətini artırır. Bir tərəfdən hökumətlə təmasları bərpa etməyə başlayıblar, bunu Rusiya baş nazirinin müavini, xarici işlər nazirinin müavini və müxtəlif rəsmi şəxslərin səfərləri sübut edir, digər tərəfdən isə etibarında əmin olduğu tərəfdaşlarla əlaqələri bərpa edirlər”.

Qeyd edək ki, Robert Koçaryanın 70 yaşı 31 avqustda tamam olub.