Close

22:00
18 Sentyabr 2024

Gəmi qəzasında 50 nəfər itkin düşüb

Konqo Demokratik Respublikasının cənub-qərbində Kvanqo çayında gəminin batması nəticəsində azı 4 nəfər ölüb, daha 50 nəfər itkin düşüb.

TNS xəbər verir ki, bu barədə “Agence France-Presse” Kvanqo əyalətinin vitse-qubernatoru Remi Sakiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, göyərtəsində 150 nəfərin olduğu gəmi körpünün dayağına çırpılaraq batıb.

O qeyd edib ki, 100-dən az adam xilas edilib, itkin düşənlərin axtarışı davam etdirilir.