Close

22:00
18 Sentyabr 2024

Trampa sui-qəsddə şübhəli bilinən şəxsi 20 ilə qədər həbs cəzası gözləyir

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Root iki maddə üzrə 20 ilə qədər həbs cəzası ala bilər.

TNS xəbər verir ki, bu barədə məhkəmə sənədində deyilir.

Açıqlamaya görə, Rootu 15 il həbs və odlu silah ittihamına görə 50.000 dollar cərimə gözləyir.

Silahın silinmiş seriya nömrəsinə malik olması ilə bağlı ikinci ittiham beş il həbs cəzası və 250.000 dollar cərimə ilə nəticələnə bilər.