Close

22:00
18 Sentyabr 2024

İsrail HHQ “Hizbullah”ın silah anbarlarına və infrastrukturuna hücum edib

İsrail Hərbi Hava Qüvvələri (HHQ) “Hizbullah” hərəkatının Livanın cənubundakı obyektlərinə növbəti zərbələr endirib.

TNS xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfi “Hizbullah” silahlı birləşmələrinin müxtəlif hərbi infrastruktur obyektləri, o cümlədən silah anbarları olub.

Qeyd olunur ki, zərbələr Livanın cənubundakı Blida, Kfar Şuba, Teyr Harfa və Əl-Edeyse yaşayış məntəqələri yaxınlığına endirilib.