Close

G-7 İrandan Rusiyaya raket və PUA tədarükünü dayandırmağı tələb edib

G-7 ölkələrinin xarici işlər nazirləri İran hakimiyyətini Rusiyaya ballistik raketlər göndərdiyinə görə qınayıblar.

TNS xəbər verir ki, bu barədə XİN rəhbərləri birgə bəyanat yayıblar.

“İran Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsinə dəstəyini dərhal dayandırmalı, Ukraynanı və daha geniş əraziləri birbaşa təhdid edən ballistik raketlər, PUA-lar və hərbi texnologiyaların tədarükünü dayandırmalıdır”, - bəyanatda bildirlir.

Bəyanatda həmçinin qeyd olunur ki, G-7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyinə görə İranı məsuliyyətə cəlb etmək üçün əllərindən gələni edirlər.

Bu xüsusda, bir sıra Avropa ölkələri, eləcə də ABŞ İran hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq edib.