Close

Kiyev Rusiyadakı hədəflərin siyahısını ABŞ və Böyük Britaniyaya verib

Kiyev ABŞ və Böyük Britaniyaya Qərb silahları ilə zərbələr endirmək üçün Rusiyada potensial hədəflərin siyahısını təqdim edib.

TNS xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan avropalı diplomatlara istinadən məlumat yayıb.

Hədəflər arasında komanda məntəqələri, yanacaq və silah anbarları və qoşunların cəmləşdiyi ərazilər olduğu bildirilir.

Nəşrin qeyd edib ki, Ukrayna hakimiyyəti Rusiya aviabazalarına hücum etmək üçün Amerika ATACMS-dən istifadə etmək niyyətində idi, lakin Pentaqon bildirib ki, Rusiya Hərbi Hava Qüvvələrinin əsas zərbə qüvvələrinin yerləşdiyi demək olar ki, bütün hərbi aerodromlar bu raketlərin əhatə dairəsindən kənardadır.

Eyni zamanda, bəzi Amerika rəsmiləri bildirib ki, Kiyev artıq Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı dronlardan istifadə edir və Qərb raketləri çox bahadır və onların sayı döyüşlərin dinamikasını dəyişmək üçün məhduddur.