Close

Netanyahu üç dəfə bu fürsəti qaçırıb

Baş nazir Benyamin Netanyahu girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün ən azı üç fürsəti qaçırıb.

TNS xəbər verir ki, bu barədə Demokratlar partiyasının rəhbəri Yair Qolan Kanal 12-ə müsahibəsində deyib.

Siyasətçinin sözlərinə görə, Netanyahu üçün koalisiyasının qorunub saxlanması 101 girovun həyatından daha vacibdir.

“HƏMAS Qəzzada mütəşəkkil döyüşən qüvvə kimi İsrail Müdafiə Qüvvələri tərəfindən məhv edilib. İndi bütün hərbi doktrina göstərir ki, hərbi nailiyyətlərin diplomatik faydalarını təmin etməyin vaxtı çatıb və bildiyim qədərilə bu, girovların azad edilməsi ilə başlayır”,- Qolan bildirib.

Onun fikrincə, atəşkəs və Qəzzada girovların azad edilməsi ilə bağlı razılaşma şimalda da atəşkəsə gətirib çıxaracaq.

”İsrail toxunulmaz bir qayda olaraq Qəzzada əməliyyat azadlığını qorumalı, lakin bölgəni idarə etməməlidir”,-partiya rəhbəri əlavə edib.