Close

Rusiyanın ən böyük banklarına kiberhücum edildi

Ukrayna kəşfiyyatı yenidən Rusiya Federasiyasının ən böyük banklarına kiberhücum edib.

TNS UNİAN-a istinadla xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin kibermütəxəssisləri Rusiyanın bank sisteminə növbəti DDoS hücumu həyata keçiriblər.

Mənbənin sözlərinə görə, əməliyyat nəticəsində Rusiya silahlı qüvvələrinin fəaliyyətinə dəstək verən ən iri bank qurumlarının işi pozulub.