Close

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 934-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

TNS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 642 təyyarəsi, 283 helikopteri, 31 554 PUA-sı, 579 zenit-raket kompleksi, 18 133 tank və digər zirehli texnikası, 1 454 reaktiv yaylım atəş sistemi, 14 598 artilleriya və minaatanı, 26 070 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.