Close

21:58
17 Sentyabr 2024

Finlandiyadan Ukraynaya 118 milyon avroluq növbəti hərbi yardım

Finlandiya Ukraynaya təqribən 118 milyon avro dəyərində 25-ci hərbi yardım paketi təqdim edəcək.

TNS xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Finlandiyanın yardımının ümumi məbləği təxminən 2,3 milyard avro təşkil edəcək.

“Ukraynadakı hərbi vəziyyət ciddi olaraq qalır. Finlandiya söz verdiyi kimi maliyyə yardımı göstərməkdə davam edir. Tərəfdaş ölkələrə mesajımız ondan ibarətdir ki, biz təslim olmamalıyıq”,- müdafiə naziri Antti Kaikkonen  bildirib.