Close

21:58
17 Sentyabr 2024

Gürcüstan sərhədçiləri Luqansk sakinini pasportuna görə buraxmadı

Gürcüstan sərhədçiləri Luqansk sakini Sergey Nasonov və qızının Türkiyədən Rusiyaya qayıtmasına icazə verməyiblər.

TNS xəbər verir ki, bu barədə Nasonov “Beşinci Kanal”da deyib.

Nasonovun sözlərinə görə, növbə rəisi Gürcüstanın “Luqansk Xalq Respublikası”nı Rusiya ərazisi kimi tanımadığını və buna görə də onun sənədlərini etibarsız hesab etdiyini bildirib.

Nasonov və qızının köməyinə Türkiyədəki rus diasporu gəlib. Onlar avtomobillərini bərə ilə Rusiyaya göndərib, özləri isə təyyarə ilə qayıtmak istəyiblər. Lakin bərənin yola düşməsi dəfələrlə təxirə salınıb və 20 gündən artıqdır Nasonov və qızı Türkiyədə qalıblar.

Rusiya səfirliyindən bildirilib ki, bu, 2022-ci ildən bəri Gürcüstan sərhəddində Rusiya vətəndaşlarının qarşılaşdığı ilk hal deyil.