Close

21:58
17 Sentyabr 2024

Rusiya Polşa telekanalını “arzuolunmaz” elan edib

Rusiya Federasiyasının Baş Prokurorluğu Polşanın “Belsat” telekanalını “arzuolunmaz” təşkilatlar siyahısına daxil edib.

TNS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə prokurorluğun rəsmi “Telegram” kanalında məlumat verilib.

Bəyanatda telekanalın “Qərb üçün faydalı şablonlar” yayımladığı və hədəf auditoriyasının Rusiya Federasiyası və Belarus vətəndaşları olduğu bildirilib.

Nəzarət orqanında hesab edirlər ki, əsas vəzifələrdən biri Rusiya hakimiyyətinin daxili və xarici siyasətini gözdən salmaq, ölkə ilə bağlı mənfi obraz yaratmaq və Rusiya və Belarus İttifaq dövləti çərçivəsində inteqrasiya proseslərini tənqid etməkdir.

Baş Prokurorluqdan bildirilib ki, “Belsat” Polşa Xarici İşlər Nazirliyi ilə “Polşa Televiziyası” SC arasında bağlanmış müqavilə əsasında təsis edilən və bu qurumların vəsaiti hesabına maliyyələşdirilən telekanaldır.