Close

21:58
17 Sentyabr 2024

Yalnız 2 Avropa ölkəsi Rusiya neftinin əvəzedicisini tapıb

Bütün Avropa İttifaqında yalnız iki ölkə - Polşa və Almaniya alternativ tədarük marşrutlarını mənimsəyərək Rusiya neftinin əvəzini tapıblar.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi məlumat yayıb.

Hazırda Avropa İttifaqının Rusiyadan neft tədarükünə embarqo qoyulub, lakin neftin boru kəməri ilə qəbulu üçün istisna var.

Bundan əvvəl bildirilirdi ki, iki il ərzində Rusiyanın Avropa İttifaqına neft məhsulları ixracı 9 dəfə azalıb.

Əhəmiyyətli azalmaya baxmayaraq, Rusiya bütün itirilmiş həcmi digər alıcılara yönləndirə bilib. Əsas idxalçılar Çin və Hindistan olub ki, bu ilin altı ayı ərzində alışları iki dəfə, keçən illə müqayisədə 52,4 milyon ton artırıblar.

Qeyd edək ki, Almaniya Qazaxıstandan, Polşa isə "Saudi Aramco" ilə müqavilə sayəsində Nigeriya, Anqola, Şimal dənizi regionu və Norveç şelfindən neft tədarük etməyi planlaşdırır.