Close

21:58
17 Sentyabr 2024

Bill Qeytsdən 25 il ərzində baş verəcək iki fəlakət SSENARİSİ

25 il ərzində dünyada iki böyük fəlakət baş verəcək.

TNS xəbər verir ki, bunu CNBC-yə müsahibəsində Microsoft-un qurucusu, amerikalı milyarder Bill Qeyts deyib.

Qeyts bildirib ki, mövcud dünya şəraiti böyük bir müharibənin başlanmasına səbəb ola bilər.

O, həmçinin qeyd edib ki, böyük bir müharibənin qarşısı alınarsa, növbəti 25 il ərzində daha bir pandemiyanın baş verməsi ehtimalı yüksəkdir.

Milyarder ABŞ-yi də tənqid edib: “Dünyanın liderlik edəcəyini və model olmasını gözlədiyi ölkə bu gözləntilərdən geri qaldı".