Close

21:58
17 Sentyabr 2024

İsrail ordusu 9 HƏMAS üzvünü öldürüb- Onlardan 3-ü BMT əməkdaşıdır

Sentyabrın 11-də İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Nuseyratdakı Əl-Cauni məktəbindəki komanda məntəqəsinə zərbələr endirib.

TNS İsrail mediasına istinadən xəbər verir ki, Qəzzadakı xəstəxana işçiləri 14 nəfərin öldüyünü, BMT-nin Fələstin Qaçqınları Agentliyi (UNRWA) isə daha sonra onlardan altısının agentlik işçisi olduğunu bildirib.

İsrail hərbçiləri UNRWA-nın bəyanatından sonra agentlikdən ölən işçilərin adlarını istəyib. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, heç bir məlumat ala bilməyən İsrail Müdafiə Qüvvələri hücumda öldürülən 9 HƏMAS yaraqlısının adını açıqlayıb.

İsrail ordusu onlardan 3-nün HƏMAS-ın hərbi qanadının üzvü, həm də UNRWA əməkdaşı olduğunu bildirib.