Close

21:58
17 Sentyabr 2024

Daxili işlər nazirinin pul kisəsi oğurlandı

Böyük Britaniyanın daxili işlər naziri Diana Consonun pul kisəsi oğurluq epidemiyası ilə bağlı keçirilən konfransda naməlum şəxs tərəfindən oğurlanıb.

TNS xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, nazir Londonda dördulduzlu oteldə baş tutan Polis Nəzarətçiləri Dərnəyinin konfransında anti-sosial davranış, oğurluq və dükan soyğunçuluğu epidemiyası barədə çıxış edib.

Konfrans başa çatdıqdan sonra Daxili İşlər Nazirliyinin rəhbəri şəxsi əşyaların, o cümlədən pulqabının oğurlanması ilə bağlı polisə müraciət edib.

Hadisəni törədən şəxs hələ də tapılmayıb.

27b736092871dd1881d3f43f3175e